Alen Delonun evindən 72 silah, 3 min mərmi tapılıb

   Alen Delonun evindən  72 silah, 3 min mərmi tapılıb
  28 Fevral 2024    Oxunub:825
Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox mərmi ələ keçirib.
Aktyorun Parisdən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbondakı evində də atış poliqonu aşkarlanıb.

Prokurorlar Delonun silah icazəsinin olmadığını bildirdilər.

88 yaşlı aktyor fransız kinosunun tarixinin qızıl dövrünün əfsanəsi idi və "Samuray" (1967) və Borsalino (1970) kimi məşhur filmlərdə sərt görünüşlü obrazlar canlandırıb.

Məhkəmə rəsmisinin Delonun evində silah görüb hakimə xəbər verməsindən sonra axtarış aparılıb.

2019-cu ildə insult keçirən Delonun səhhəti son illərdə daha da pisləşib. Fransa mətbuatının yazdığına görə, onun daha gizli saxlanılan ağır xəstəliyi var.

Ailəsindəki fikir ayrılıqları da son vaxtlar Fransada manşetlərdədir. Delonun üç övladı bir-biri ilə miras üstündə məhkəmə çəkişməsindədirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti