Kəlbəcərdə yeni məktəb tikilir

   Kəlbəcərdə yeni məktəb tikilir
  28 Fevral 2024    Oxunub:681
Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.

Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.



AzVision.az


Teqlər:





Xəbər lenti