İsrail səfirliyində təhlükəsizliklə bağlı təlim keçirilib

   İsrail səfirliyində təhlükəsizliklə bağlı təlim keçirilib
  28 Fevral 2024    Oxunub:846
İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat verilib. Bildirilib ki, fevralın 18-də baş tutan təlim iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik təlimin uğurlu keçdiyini bildirib: "Biz səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına minnətdarıq. Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi.

Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik", - İsrail diplomatı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti