ADRA-dan QHT sektoruna dəstək

ADRA-dan QHT sektoruna dəstək
  28 Fevral 2024    Oxunub:821
Ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər qazanıb. Qeyri - hökümət təşkilatları ilə dövlət, hökumət qurumlarının əməkdaşlığı, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində fəal iştirakçılıq güclü vətəndaş cəmiyyətinə sahib olmaq istiqamətində dövlətin dəstəyinin bariz göstəricisidir.
Azərbaycanda autizmli şəxslərin həyat şəraitinin yüksəldilməsi, onların təhsil prosesi və cəmiyyətə inteqrasiyasına xidmət edən “Birgə və sağlam” İctimai Birliyinin Autizm Mərkəzində autizm spektr pozğunluqları olan uşaqlar, onlar üçün yaradılan şəraitlə tanışlıq məqsədilə görüş keçirilib.

Görüş zamanı mərkəzin rəhbəri Aytən Eynalova “Autizm xəstəlik deyil, fərqlilikdir”- fikrini cəmiyyətə təlqin etməyin vacibliyini vurğulayaraq autizm spektr pozğuluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək və bu istiqamətdə cəmiyyəti maarifləndirməyin əhəmiyyətindən danışdı. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən birliyə hədiyyə edilən bina ilə tanış oldular. Təqribən 40 ildir fəaliyyət göstərən “Autism-Europe” Beynəlxalq Qeyri-Kommersiya Assosiasiyasına üzv seçilən “Birgə və sağlam” İctimai Birliyinin fərqli övladlara sahib ailələrlə sıx ünsiyyətdə olduğu, müxtəlif ölkədaxili və beynəlxalq tədbirlərin təşkilində iştirak etdiyi qeyd edildi. Tədbirdə iştirak edən Dövlət Reklam Agentliyinin əməkdaşı İmmiyə Zamanova Agentliyin daima sosial layihələrdə fəal iştirak etdiyini və QHT-lərə müxtəlif sosial yönümlü layihələrdə dəstək olduğunu vurğuladı.
AzVision.az



Teqlər:





Xəbər lenti