Qırmızı dənizdə alman gəmisindən ABŞ PUA-sına raket atılıb

   Qırmızı dənizdə alman gəmisindən ABŞ PUA-sına raket atılıb
  29 Fevral 2024    Oxunub:643
Almaniyanın "Aspides" əməliyyatı çərçivəsində husi hücumlarının qarşısını almaq üçün ötən həftələrdə Qırmızı dənizə göndərdiyi freqat səhvən ABŞ-nin pilotsuz uçuş aparatını (PUA) hədəfə alıb.
AzVision.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Hessen" freqatı hədəfi dəqiqləşdirmək nəticə vermədiyi üçün səhvən ABŞ-yə məxsus "General Atomics MQ-9 Reaper" PUA-sına iki raket buraxıb.

Məlumata görə, raketlər "texniki nasazlıq" səbəbi ilə hədəfdən yan keçib.

Almaniyanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Aİ Qırmızı dənizdə əməliyyatlara başlayır

Xatırladaq ki, Avropa İttifaqı Qırmızı dənizdə ticarət gəmilərini husi hücumlarından qorumaq naminə "Aspides" əməliyyatına başlayıb. Almaniya bu əməliyyata töhfə mahiyyətində əraziyə 240 ekipaj üzvündən ibarət "Hessen" freqatını göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   ABŞ   gəmi   PUA  





Xəbər lenti