“Alternativ xidmət haqqında” qanun yenidən güdəmdə

   “Alternativ xidmət haqqında” qanun yenidən güdəmdə
  29 Fevral 2024    Oxunub:454
“Alternativ xidmət haqqında” qanunun hazırlanaraq qəbul olunması təklif edilir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti