Müvəqqəti saxlama yerlərindəki əsas çatışmazlıqlar açıqlandı

  Müvəqqəti saxlama yerlərindəki  əsas çatışmazlıqlar açıqlandı
  29 Fevral 2024    Oxunub:646
Daxili intizam qaydalarına zidd olaraq, ilk dəfə tutulan şəxslərin əvvəllər məhkumluğu olan şəxslərlə bir kamerada saxlanıldığı müşahidə edilib.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd edilib ki, müvəqqəti saxlama yerlərində (MSY) aşkar edilən nöqsanlardan biri də tutulmuş və ya həbs edilmiş şəxslərin kameralara onların əvvəlki məhkumluğu, səhhəti nəzərə alınmadan yerləşdirilməsi ilə bağlı olub. Belə ki, Nizami RPİ-yə başçəkmə zamanı daxili intizam qaydalarına zidd olaraq, ilk dəfə tutulan şəxslərin əvvəllər məhkumluğu olan şəxslərlə bir kamerada saxlanıldığı müşahidə edilib.

MPQ üzvləri eyni hala Xətai RPİ, Səbail RPİ, Şəmkir RPŞ və Ağstafa RPŞ-nin müvəqqəti saxlama yerlərində də rast gəliblər. Göründüyü kimi, MSY-lərdə saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar hələ də qalmaqdadır. Kameralarda işıqlandırmaya, istiliyin verilməsinə, saxlanılan şəxslərin sayına görə oturacaqların olmasına, gəzinti yerinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə, açıq havada fiziki hərəkətlərin icrası üçün zəruri şəraitin yaradılmasına diqqət artırılmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti