"Gənc alimlərə evdənsə, yaxşı maaş vermək lazımdır" - Nazir

   "Gənc alimlərə evdənsə, yaxşı maaş vermək lazımdır" -    Nazir
  29 Fevral 2024    Oxunub:1057
Gənc alimlərə ev verməkdənsə, elə maaş təyin etmək lazımdır ki, onu özləri ala bilsinlər.
AzVision.az -ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir: "Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Hansısa texniki işi görməkdənsə, uyğun işlə təmin olunmalıdırlar. Gəncləri ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq".

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycanda elm sahəsinə ayrılan maliyyə çox azdır.

"Birdən-birə maliyyə ayrılmaqla da qısa müddətdə yaxşı nəticə əldə etmək çətindir. Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində olan universitetlərin inkişafı və reytinq məsələsində irəliləyişi üçün 8 milyon manat ayrılıb".

AzVision.az


Teqlər:





Xəbər lenti