Hədə-qorxu ilə pul tələb edən dəstə saxlanıldı

 Hədə-qorxu ilə pul tələb edən dəstə saxlanıldı
  29 Fevral 2024    Oxunub:671
Naxçıvan polisi vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə etdikləri vəsaiti cəzaçəkmə müəssisələrindəki dustaqlara göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirib.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri, Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in CAİ-nin əməkdaşları tərəfindən tutulub.

Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti