“Akınçı” havaya qaldırıldı - VİDEO

  “Akınçı” havaya qaldırıldı -    VİDEO
  29 Fevral 2024    Oxunub:540
Azərbaycan Hərbi Hava Qüvvvələrinin “Akınçı” hücum pilotsuz uçuş aparatları hava kəşfiyyatı aparıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyndən məlumat verilib. Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.



AzVision.az



Teqlər:





Xəbər lenti