Qəzzada ölənlərin sayı 30 mini ötüb

   Qəzzada ölənlərin sayı 30 mini ötüb
  29 Fevral 2024    Oxunub:662
Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 mini keçib, 70 mindən çox insan isə yaralanıb.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, ölənlərin böyük əksəriyyəti qadınlar və uşaqlardır.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

AzVision.az


Teqlər:





Xəbər lenti