Paris-Berlin düşmənçiliyi Kiyevi silahlandırmağa mane olur

Paris-Berlin düşmənçiliyi Kiyevi silahlandırmağa mane olur
  29 Fevral 2024    Oxunub:694
Fransa ilə Almaniya arasında yaranmış ziddiyyətlər Avropa İttifaqına (Aİ) Ukrayna üçün silah fondu yaratmağa mane olur. İki ölkənin “düşmənçiliyi” fondun maliyyələşdirilməsini də əngəlləyir.
Bu fikirlər "Financial Times"da dərc olunan məqalədəndir.

Kiyevə qoşun göndərilməsi “fantom müzakirə"lərdir - "The Guardian"
"Fransa və Almaniyanın Ukraynaya hərbi dəstək mövzusunda açıq şəkildə fikir ayrılığı sərgiləməsi Aİ-nin silah fonduna 5 milyard avro öhdəliyi ilə bağlı razılaşmanın təxirə salınmasına səbəb olur. Çünki onlar razılaşmanın qaydalarına aid olan ayrı-ayrı iddialar üzərində mübahisələr aparırlar",- nəşr yazıb.

Bundan əlavə, qəzet Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı Makron və Şolz arasında şiddətli söz davasının olmasına da yer ayırıb. Nəşr qeyd edir ki, Makronun bazar ertəsi Kiyevə ordu göndərilə bilər deməsi və təklifləri Berlin tərəfindən dərhal rədd edilib. Qeyd edilib ki, Paris onların da əvəzində daha çox silah göndərməlidir.

Qeyd edək ki, üç gün öncə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Fransa   Almaniya  





Xəbər lenti