"Metrodan 90-cı illərdə aktiv istifadə etmişəm" - Nazir müavini

   "Metrodan 90-cı illərdə aktiv istifadə etmişəm" -    Nazir müavini
  29 Fevral 2024    Oxunub:966
"Metrodan 90-cı illərdə akiv istifadə etmişəm".
AzVision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin10 illik yubileyinə həsr edilmiş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib. O, metrodan istifadə etməməsinin səbəbini ofis rejimində işləməsi və şirkət tərəfindən avtomobillə təmin olunması ilə əlaqələndirib.

Azərbaycan İnvestisiya Holdinqin baş icraçı direktoru Ruslan Əlixanov isə bildirib ki, metrodan axırıncı dəfə tələbəlik vaxtı, 1993-1996-ci illərdə istifadə edib:

"Hazırda İnvestisiya Holdinqinin Müşahidə Şurası olaraq qərar vermişik ki, metro ilə səfərlərimiz olsun və müştəri məmnuniyyətini yoxlayaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti