Putin Avropanın nüvə silahı ilə təhdid etdi

   Putin Avropanın nüvə silahı ilə təhdid etdi
  29 Fevral 2024    Oxunub:756
NATO-nun İsveç və Finlandiya hesabına şərqə doğru genişlənməsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) qərb istiqamətində qruplaşmalarının ciddi şəkildə gücləndirilməsi zərurətini yaradır.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. “NATO-nun şərqdə növbəti genişlənməsi və İsveç və Finlandiyanın alyansda iştirakı ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün qərb strateji istiqamətdə qruplaşmaları gücləndirmək ciddi şəkildə lazımdır”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq: "Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır. Onlar (Qərb - Red) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var".

AzVision.az


Teqlər:





Xəbər lenti