Qızılcaya görə məktəblərdə dərslər dayana bilər ?

 Qızılcaya görə məktəblərdə dərslər dayana bilər ?
  29 Fevral 2024    Oxunub:999
"Ümumitəhsil müəssisələrində qızılca xəstəliyinin yayılmasını ciddi şəkildə izləyirik. Hələlik məktəblərdə dərslərin dayandırılması və bağlanması gündəmdə deyil".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, peyvəndləmə ilə bağlı statistika dəyişmirsə, təhsil müəssisələrində dərslərin dayandırılmasının mənası yoxdur:

"Məktəblərdə qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır. Təhsil ocaqlarında müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.

Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar.
Peyvənd olunmağı ciddi şəkildə tövsiyyə edirik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti