Açılış mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov şəxsi heyətə çatdırıb.
Sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub. Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.
AzVision.az