"Video çəkib müəllimlərin üzərinə getmək düzgün deyil" - Nazir
Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradır:
"Baş verən hadisələrə hüquq mühafizə orqanları qiymət verir. Əgər onlar hadisədə cinayət əməli olduğunu müəyyən edirsə, günahkar şəxslərə cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər.
Məktəb rəhbərliyi xırda xoşagəlməz halların qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur. Nəzərə almaq lazımdır ki, valideyn də bəzən mübahisə etdiyi uşaqlarını sakitləşdirməkdə çətinlik çəkir. Bütün hallarda baş verən hadisələrlə bağlı görüntüləri videoya çəkib müəllimlərin üzərinə getməyi düzgün hesab etmirik".
Aytən Zəhra
AzVision.az
Teqlər: