"Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu il yekunlaşacaq

"Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu il yekunlaşacaq
  29 Fevral 2024    Oxunub:609
"Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq".
AzVision.az xəbər verir ki, bunu Bakı metropolitenində keçirilən “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransdaBakı metropolitenində keçirilən “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransda "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir", - deyə H.Məmmədov əlavə edib.

O, eyni zamanda metronun "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işlərinin aparılacağını bildirib:

"İlk öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq. Daha sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkəti bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq. Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti