Rusiya benzin ixracına 6 aylıq qadağa qoydu

   Rusiya benzin ixracına 6 aylıq qadağa qoydu
  29 Fevral 2024    Oxunub:670
Martın 1-dən Rusiya hökuməti benzinin ixracına 6 aylıq qadağa tətbiq edəcək və birja ticarətində dizel yanacağının satışı standartlarını artıracaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat verilir.

Rusiya hökumətindən verilən yazılı açıqlamada qeyd edilib ki, qərar ölkənin yanacaq bazarında sabitliyi qoruyub saxlamaq üçün atılıb.

Qadağa beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə humanitar yardım məqsədilə və ya vətəndaşların şəxsi istifadə üçün ixrac olunan yanacağın həcminə təsir etməyəcək

Qeyd edək ki, dünən Baş nazirin müavini Aleksandr Novak benzin ixracına qoyulan qadağanın planlaşdırılandan daha tez başa çata biləcəyini deyib.

Xatırladaq ki, Rusiyada 2023-cü ilin sentyabrında benzin və dizelin qiymətinin artması ilə onun ixracına qadağa qoyulmuşduş Amma təxminən 2 ay sonra isə qadağa götürülmüşdü.

AzVision.az


Teqlər:





Xəbər lenti