Natiq Şirinovla Alim Qasımovun fantastik toy qiyməti - 15 min manatdan 45 min manatadək

   Natiq Şirinovla Alim Qasımovun fantastik toy qiyməti -    15 min manatdan 45 min manatadək
  29 Fevral 2024    Oxunub:734
Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi “Natiq” ritm qrupunun toy qiymətlərini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

Nağara ustası qudası Xalq artisti Alim Qasımovla bərabər el şənliklərinə getdiyini bildirib. Və onun çıxış üçün yazdığı qonorar diqqətdən qaçmayıb.

Belə ki, qrupun qonorarı 1500 manatla 45 min manat arasında dəyişir. N.Şirinov toyda açılış və aş gətirmə mərasimi üçün 15 nəfərlik musiqiçinin iştirakı ilə 10 min manat tələb edir. Gəlin götürdü, açılış, aş gətirdi və yallı üçün musiqiçiyə 25 min manat, qavaldaşı üçün isə 17 min manat qonorar ödəməlisiniz.

Toyda Alim Qasımovun yer aldığı təqdirdə bu qiymət 30 min manata qədər yüksəlir. Qrupun “Premium paket” adlandırdığı xidmət nə az, nə çox, düz 45 min manat təşkil edir. Sözügedən xidmətə isə gəlin götürdü, N.Şirinov və A.Qasımovun iştirakı ilə açılış mərasimi, aş gətirdi və yallı daxildir.



AzVision.az


Teqlər:





Xəbər lenti