Putinin açıqlamaları Almaniyada təşvişə səbəb olub - “Die Welt”

    Putinin açıqlamaları Almaniyada təşvişə səbəb olub -  “Die Welt”
  01 Mart 2024    Oxunub:630
Vladimir Putinin Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirak edəcəyi təqdirdə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sözləri Almaniyada təşviş yaradıb.
Bu fikirlər Almaniyanın “Die Welt” qəzetində dərc olunan məqalədəndir.

Putin Makrona cavab verdi: "Nəticələr daha faciəli olacaq”
Məqalə müəllifi yazıb ki, hazırda hədələr Rusiyaya deyil, Putin tərəfindən Qərbin ünvanına səslənir.

Qeyd edək ki, dünən Vladimir Putin Federal Məclisə müraciətində diqqət çəkən açıqlamalar verib. O qeyd edib ki, Rusiyanın Qərb ölkələrindəki hədəfləri vura biləcək silahları var və rəqiblər bunu unutmamalıdırlar.

Kreml rəhbəri həmçinin Fransa prezidenti Emmanuel Makronun anti-Rusiya açıqlamalarına da sərt reaksiya verib. O, avropalı həmkarlarına tarixə nəzər salmağı, Rusiya ərazilərinə soxulan Qərb ordularının taleyinin nə ilə nəticələnməsini unutmamağı məsləhət bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Almaniya  





Xəbər lenti