Kanadanın keçmiş baş naziri vəfat edib

   Kanadanın keçmiş baş naziri vəfat edib
  01 Mart 2024    Oxunub:673
Kanadanın keçmiş baş naziri Brayan Malruni cümə axşamı 85 yaşında vəfat edib. Bu barədə hazırkı baş nazir Castin Trüdo məlumat yayıb.
Trüdo dərin təəssüf hissi keçirdiyini bildirib və Brayanı Kanada dəyərlərinin simvolu, ölkə daxilində və xaricdə hörmətli lider adlandırıb. Siyasətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Brayan Malruni 1984-cü ilin sentyabrından 1993-cü ilin iyununa qədər Kanadanın baş naziri vəzifəsində çalışıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti