Lavrov Türkiyəyə gedib

   Lavrov Türkiyəyə gedib
  01 Mart 2024    Oxunub:746
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gedib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparacaq.

Nazirlərin geniş spektrli məsələləri, ilk növbədə qarşılıqlı maraq doğuran sahələrdə - ticarət, enerji, təhlükəsizlik, bank işi, turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, tərəflər müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini hazırlayacaqlar.

Forum çərçivəsində Lavrovun azərbaycanlı, özbək, qırğız həmkarları, habelə Esvatini Kralı III Msvati ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti