Bayden Qəzzada atəşkəslə bağlı iddiasını geri götürdü - VİDEO

   Bayden Qəzzada atəşkəslə bağlı iddiasını geri götürdü -    VİDEO
  01 Mart 2024    Oxunub:777
ABŞ Prezidenti Co Bayden ötən günlərdə "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" iddiasını geri götürüb.
AzVision.az xəbər verir ki, o bu barədə Ağ Evin həyətində jurnalistə açıqlamasında deyib.

"Ümid əbədidir. Oradakı rəsmi şəxslərlə telefon danışığı apardım. Bəlkə də, bazar ertəsi deyil, amma ümidliyəm ki, tərəflər tezliklə atəşkəslə bağlı razılığa gələcəklər", - Bayden bildirib.
HƏMAS rəsmisi: "Atəşkəs yaxın gələcəkdə mümkün deyil"

Xatırladaq ki, HƏMAS nümayəndələri də ABŞ Prezidentinin məsələyə nikbin yanaşmasının "cari vəziyyətlə örtüşmədiyini və dediklərinin seçkilər ərəfəsində daxili siyasətdə nüfuz qazanmaq istəyindən irəli gəldiyini" vurğulayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Bayden   Qəzza   atəşkəs   iddia  





Xəbər lenti