Avstraliya Navalnıya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Avstraliya Navalnıya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
  01 Mart 2024    Oxunub:698
Avstraliya Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.

"Avstraliya hökuməti Aleksey Navalnının öldüyü həbsxana ilə əlaqəsi olan üç Rusiya vətəndaşına qarşı əlavə maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib", - nazir vurğulayıb.

Xatırladaq ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında huşunu itirərək dünyasını dəyişib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti