Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb

   Azərbaycanda Enerji effektivliyi fondu yaradılıb
  01 Mart 2024    Oxunub:687
Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmanla həmçinin “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq ediib.

Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Energetika Nazirliyidir.

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti nazirlik həyata keçirir.

Nazirlər Kabineti qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini 6 müddətində Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Energetika Nazirliyi və Tarif (qiymət) Şurası fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti