Benzin idxalı niyə gömrük rüsumundan azad edildi? - AÇIQLAMA

   Benzin idxalı niyə gömrük rüsumundan azad edildi? -    AÇIQLAMA
  01 Mart 2024    Oxunub:2006
Nazirlər Kabinetinin qərarı ilə bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib . Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.
Milli Məclis deputatı Vüqar Bayramov AzVision.az -a açıqlamasında bildirib ki, qərar Aİ 92 oktan ədədli avtomobil benzininə və dizel yanacağına şamil edilir. O qeyd edib ki, idxal rüsumunun ləğvi Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin həyata keçirilməsi ilə əlaqədardır.

"Məqsəd Aİ 92 benzinin idxalı üçün xərcin azaldılması və daxili tələbatın ödənilməsidir. Belə olmasa, sahibkarlar həmin benzini gıtirməyə maraqlı olmaz. Bu qərarla daxili təlabatda benzinin qiyməti ilə bağlı hər hansı çətinlik yaşayanmayacaq. Çünki yenidənqurma işləri ilə bağlı olaraq yerli istehsalın azalması gözləniləndir.

Qərarın bu gündən Rusiyanın tətbiq etdiyi qadağalarla birbaşa bağlılığı yoxdur. Çünki Rusiya oktan ədədi Aİ 95-dən çox olan benzin üçün bu qadağanı tətbiq edib. Nazirlər Kabinetinin tətbiq etdiyi güzəştlər isə daha çox Aİ 92 və dizel yanacağının aiddir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti