Rusiya Avdeyevkada üç qəsəbəni nəzarətə götürüb

Rusiya Avdeyevkada üç qəsəbəni nəzarətə götürüb
  01 Mart 2024    Oxunub:755
Ordumuz Avdeyevka istiqamətində Lastoçkino, Severnoye və Petrovskoye yaşayış məntəqələrini nəzarətə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ruslar Avdeyevka istiqamətində daha bir qəsəbəni tutublar
Bildirilir ki, yaşayış məntəqələrini “Mərkəz” qoşun qruplaşması zəbt edir və onlar qərb istiqamətində irəliləməyə davam edirlər: "Rusiya döyüşçüləri nqondarma Donetsk Xalq Respublikasının Netaylovo, Oçeretino, Mayorsk və Rozovka yaşayış məntəqələri ərazilərində düşmən canlı qüvvəsi və texnikasının cəmləşdiyi yerə zərbələr endiriblər."

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna qoşunlarının Avdeyevkadan geri çəkilməsindən sonra ruslar daha bir strateji obyekti- koks kimya zavodunu tutmuşdular.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti