Berbok: "Qəzzadan gələn xəbərlər məni dəhşətə gətirdi"

      Berbok:    "Qəzzadan gələn xəbərlər məni dəhşətə gətirdi"
  01 Mart 2024    Oxunub:805
Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında ərzaq yardımı gözləyən yüzlərlə insanın ölümü ilə nəticələnən hadisə barədə İsrailin izahat verməsi tələbini irəli sürüb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

"Özləri və ailələri üçün yardım gözləyən insanlar birdən-birə həyatlarını itirdilər. Bu məni dəhşətə gətirdi. İsrail ordusu hadisənin necə meydana gəldiyi ilə bağlı izahat verməlidir. Ölənlərin ailələrinə başsağlığı verirəm", - xanım nazir bildirib.

O həmçinin tərəfləri Qəzza zolağında atəşkəslə bağlı razılaşmağa və daha çox humanitar yardıma, habelə əsirlərin azadlığa buraxılmasına şərait yaratmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Qəzza   reaksiya  





Xəbər lenti