Ərdoğan:"Biz sülh gözləyirdik, amma 21-ci əsr böhranlar əsrinə çevrildi"

   Ərdoğan:"Biz sülh gözləyirdik, amma 21-ci əsr böhranlar əsrinə çevrildi"
  01 Mart 2024    Oxunub:912
Bəşəriyyət olaraq əziyyətli və daimi böhran içərisindəki bir dövrdən keçirik. Yalnız xarici siyasətdə deyil, istehsal, rabitə, idarəetmə, incəsənət, ticarət və texnologiya kimi bir çox sahələrdə vəziyyət dəyişir. Ürək istər ki, bu dəyişiklər bəşəriyyətin aktual problemlərinə, aclığa, yoxsulluğa çarə olsun, lakin biz bu barədə optimist danışa bilmirik.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, ökələr arasında gəlir bərabərsizliyi getdikcə olaraq artır, müharibələr əvvəlkindən qat-qat qanlı və dağıdıcıdır.

"Təəssüf ki, müstəmləkəçilik yeni üsullarla davam etdirilir. 21-ci əsrdə firavanlıq, əmin-amanlıq sülh və azadlıq olacağını gözləsək də “böhranlar əsri”nə çevrildi".

Ərdoğan qeyd edib ki, Türkiyə istər coğrafi mövqeyi, istər mədəni, istərsə də beynəlxalq əlaqələri baxımından böhranlardan ən çox təsirlənən ölkələrdən biridir.

"Bəşəriyyətin gündəmini zəbt edən münaqişələrin, gərginliklərin, müharibələrin və risklərin böyük əksəriyyəti bizim yaxın coğrafiyamızda yaşanır. Məsələn, bir çox ölkənin son 5-10 ildə üzləşdiyi terror təhlükəsinə qarşı 40 ildir mübarizə aparırıq. Artıq 12 ildir ki, qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı ciddi təzyiqlərə məruz qalmışıq. Münaqişələrdən və terror təşkilatlarının zülmündən qaçan 4 milyona yaxın qaçqını qəbul edirik", -Ərdoğan əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti