Fransa höküməti Korsikaya əlavə qüvvələr göndərdi - Video

   Fransa höküməti Korsikaya əlavə qüvvələr göndərdi -   Video
  01 Mart 2024    Oxunub:899
Fransa hökuməti Korsikada baş verə biləcək aksiyadan ehtiyatlanaraq, adaya əlavə qüvvələr göndərir.
AzVision.az xəbər verir ki, bununla bağlı “Haber Global” məlumat yayıb.

Bildirilib ki, sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Parisin “Şarl de Qoll” adına hava limanında çəkilən foto buna əsas kimi götürülüb.

Sözügedən şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarının təcili adaya göndərildiyi qeyd olunub.

Qeyd edək ki, sabah “Nazione” hərəkatının liderlərindən birinin həbsdəykən hücuma məruz qalaraq öldürülməsinin ildönümü münasibətilə iclas, ardınca isə etiraz aksiyası keçirilməsi gözlənilir.



AzVision.az


Teqlər:





Xəbər lenti