"Qremmi" mükafatı aldığı mahnıya görə həbs olundu

   "Qremmi" mükafatı aldığı mahnıya görə həbs olundu
  01 Mart 2024    Oxunub:1007
İranlı pop ulduz Şervin Hacıpur “Qremmi” mükafatına layiq görülmüş mahnısına görə üç il həbs cəzası alıb. Bu barədə Al Arabiya xəbər kanalı məlumat yayıb.
Hacıpurun yazdığı "Varaye" mahnısı İranda 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Aminin ölümü ilə başlayan etiraz hərəkatının himni olub. Müğənni ümummilli nümayişlər zamanı mahnını dövriyəyə buraxıb və fevral ayında Gremmi mükfatı qazanıb.

Bu gün müğənni İnstaqram səhifəsində “milli təhlükəsizliyi pozmaq məqsədilə insanları iğtişaşlara təhrik etmək” ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb.

ABŞ-ın 46-cı prezidentinin həyat yoldaşı bu mahnını “azadlığa və qadın hüquqlarına güclü və poetik çağırış” adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti