Mənzildən 66 yaşlı kişinin meyiti tapılıb

Mənzildən 66 yaşlı kişinin meyiti tapılıb
  02 Mart 2024    Oxunub:578
Bərdədə mənzildən 66 yaşlı kişinin meyiti tapılıb.
Hadisə şəhərin Sərvan Şükürov küçəsində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Vidadi Həsən oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti