ABŞ-ın birinci xanımı: "Tramp qadınlar üçün təhlükəlidir"

      ABŞ-ın birinci xanımı:    "Tramp qadınlar üçün təhlükəlidir"
  02 Mart 2024    Oxunub:924
ABŞ-ın hazırkı prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden keçmiş dövlət başçısı Donald Trampın qadınlara münasibətini tənqid edib.
AzVision.az "The Hill"ə istinadən xəbər verir ki, Cil Bayden Trampın bütün həyatını qadınları alçaltmaqla və onların varlığını dəyərsizləşdirməklə keçirtdiyini qeyd edib.

"Tramp qadınlar, həm də ümumilikdə ailələr üçün təhlükəlidir. O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmətsizlik edir və bununla öyünür".

Qeyd edək ki, Tramp dəfələrlə Bayden haqqında mənfi fikirlər səsləndirib. Bu həftə o, seçki kampaniyasında rəqibini ABŞ tarixinin ən vicdansız və səriştəsiz prezidenti adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti