Nyu-York dəbinin simvolu 102 yaşında vəfat edib

   Nyu-York dəbinin simvolu 102 yaşında vəfat edib
  02 Mart 2024    Oxunub:1413
İnteryer dizayneri və kolleksiyaçı, dünyanın dəb ikonası sayılan İris Apfel 102 yaşında Floridadakı evində vəfat edib.
AzVision.az xəbər veririk, məşhur dizaynerin ölümü bərədə məlumatı “The New York Times” qəzeti yayıb.

İris Apfel karyerasının əvvəlində “Women's Wear Daily” jurnalında çalışıb. Sonradan interyer dizayneri Elionor Consonun və illüstrator Robert Qudmanın köməkçisi olub. O, 1950-ci ildə antik parçaların bərpası ilə məşğul olan “Old World Weavers” kompaniyasını yaradıb. 1950-1992-ci illərdə bir sıra bərpa layihələrində, o cümlədən ABŞ-ın doqquz prezidenti - Harri Trumen, Devid Eyzenhauer, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Cimmi Karter, Ronald Reyqan və Bill Klinton üçün Ağ evin dizayn işlərində iştirak edib.

İris Apfel 2013-cü ildə “The Guardian” qəzetinin əlli yaşdan yuxarı ən dəbli əlli qadın siyahısına daxil edilib, həmçinin “yaş çərçivəsindən kənar gözəllik" şüarı ilə MAC kosmetika brendinin son kampaniyasının siması olub.

AzVision.az


Teqlər:





Xəbər lenti