İmişlidə kanalda batan uşağın axtarışları davam etdirilir

İmişlidə kanalda batan uşağın axtarışları davam etdirilir
  02 Mart 2024    Oxunub:625
Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-nin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, hazırda nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, o cümlədən kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti