Qəzzada qaçqın düşərgəsinə hücum: 11 ölü - FOTOLAR - YENİLƏNİB

   Qəzzada qaçqın düşərgəsinə hücum:   11 ölü - FOTOLAR - YENİLƏNİB
  02 Mart 2024    Oxunub:918
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərində qaçqın düşərgəsinə zərbə endirib.
(Xəbərə fotolar əlavə edilib)




* * *

17:08
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, hücum şəhərin qərbindəki Təl Əl-Sultan məhəlləsində, Əmirlik Doğum Xəstəxanasının yaxınlığında meydana gəlib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 11 nəfər ölüb, azı 50 nəfər yaralanıb.

Adıçəkilən xəstəxananın feldşer bölməsinin rəhbəri Əbdülfəttah Əbu Mərhi də hücumda həyatını itirib.

Nazirlik bildirir ki, xəsarət alanlar arasında uşaqlar da var.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   Rəfəh   hücum  





Xəbər lenti