Ferma uçub: 16 baş heyvan tələf olub

   Ferma uçub:    16 baş heyvan tələf olub
  02 Mart 2024    Oxunub:996
Sumqayıtda fərdi fermada tavan çöküb, 16 baş iribuynuzlu heyvan tələf olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib.

Hadisə bu gün günorta saatlarında Laçın rayonundan olan məcburi köçkün Abbasov Yadigara məxsus fərdi fermada qeydə alınıb. Uçan beton tavan iribuynuzlu heyvanların hamısını tələf edib.

Fakt araşdırılır.

AzVision.az


Teqlər: hadisə  





Xəbər lenti