Peter Mixalko: "Avropa Bilik Yarışmasına Azərbaycanda böyük maraq var"

      Peter Mixalko:    "Avropa Bilik Yarışmasına Azərbaycanda böyük maraq var"
  02 Mart 2024    Oxunub:1183
"Avropa İttifaqı (Aİ) təhsil və peşə təhsili sahəsində müxtəlif proqramlar həyata keçirməklə, o cümlədən təhsil sərgiləri təşkil etməklə Azərbaycan gənclərinin öz potensiallarını tam şəkildə gerçəkləşdirmələrində onları dəstəkləmək yolunu seçib".
AzVision.az xəbər verir ki, bu sözləri "Avropa Bilik Yarışması" tədbirində Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko söyləyib.

O bildirib ki, bu yarışma iştirakçıların əyləncə yolu ilə bacarıqlarının artırılması, həmçinin Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşı olan Avropa İttifaqı haqqında əlavə məlumatın əldə edilməsi baxımından nəzərəçarpan bir nümunədir.

Peter Mixalko əlavə edib ki, "Avropa Bilik Yarışması"na təxminən 300 üzvü olan 72 komanda müraciət edib. Həmçinin bu yarışmaya gənclər arasında böyük maraq vardır.

"Azərbaycandan Avropa ölkələrinə il ərzində təxminən 1000 nəfər, Avropadan isə ölkəmizə "Erasmus +" çərçivəsində təhsil üçün 100 nəfər gənc gəlir", - səfir vurğulayıb.

AzVision.az



Teqlər: tədbir   yarışma   səfir  





Xəbər lenti