Şahbaz Şərif Pakistanın yeni baş naziri seçildi

   Şahbaz Şərif Pakistanın yeni baş naziri seçildi
  03 Mart 2024    Oxunub:951
Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının sədri Şehbaz Şərif Pakistanın yeni baş naziri seçilib. Bu barədə Geo telekanalı məlumat yayıb
Milli Assambleyanın sədri Ayaz Sadiq bildirib ki, parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib. Onun rəqibi, Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan isə 92 səs toplayıb.

Parlamentin Aşağı Palatasının sədri Şahbaz Şərifi baş nazir kürsüsündə oturmağa və onu Nümayəndələr Palatasında çıxış etməyə dəvət edib.

72 yaşlı Şahbaz Şərif 2022-ci ildə İmran Xanın devrilməsindən sonra 16 ay Pakistanın koalisiya hökumətinə rəhbərlik edib və milli seçkilərə zəmin yaradıb. O, bundan əvvəl Pəncabın baş naziri vəzifəsində çalışıb.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti