Qobuda it dişləyən azyaşlı əməliyyat olunub, vəziyyəti ağırdır - YENİLƏNİB+VİDEO

 Qobuda it dişləyən azyaşlı əməliyyat olunub,  vəziyyəti ağırdır - YENİLƏNİB+VİDEO
  04 Mart 2024    Oxunub:2085
03.03.2024-cü il tarixində saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə AzVision.az-a TƏBİB-dən məlumat verilib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

***
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivində azyaşlı uşağa itlər hücum edib.

AzVision.az xəbər verir ki, uşaq təcfili tibbi yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Uşaq həkimlərin nəzarəti altındadır. Hadisədən uşağın valideynin xəbəri olmadığı qeyd edilib.

Əlavə məlumat veriləcək.


Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti