TƏBİB-dən
AzVision.az -a verilən məlumata görə, 1995-ci il təvəllüdlü (kişi cinsli) şəxs minaya düşmə səbəbilə 03.03.2024-cü il tarixində saat 11:36 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona hər iki ayağın travmatik amputasiyası diaqnozu qoyulub, əməliyyat olunub.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, Vəziyyəti orta ağır stabil qiymətləndirilir.
Aytən Zəhra
AzVision.az