Ötən həftə 216 mina zərərsizləşdirilib

Ötən həftə 216 mina zərərsizləşdirilib
  04 Mart 2024    Oxunub:643
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Qeyd olunub ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 2019,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti