Qərb kəşfiyyat orqanları daha Almaniyaya inanmırlar - “Bild”

      Qərb kəşfiyyat orqanları daha Almaniyaya inanmırlar    -  “Bild”
  04 Mart 2024    Oxunub:910
Qərbin xüsusi xidmət orqanları, xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya əks-kəşfiyyatı (Mİ-5) artıq Almaniyaya etibar etmirlər.
Bu barədə “Bild” məlumat yayıb. Nəşr öz mənbələrinə istinadən yazır ki, buna səbəb alman zabitlərindən birinin Krım körpüsünə endirilən zərbələrlə bağlı danışığının internetə sızmasıdır.

Time: “Zelenski gözlənilməz hərəkətlər edə bilər”
“MKİ və ya Mİ-5-dən heç kim gəlib açıq şəkildə bizə inanmadıqlarını demir. Bu, mərhələli bir prosesdir. Sizi görüşlərə daha az dəvət edirlər. Yalnız müəyyən mövzular üzrə vacib görüşlər baş tutanda, onun haqqında sonradan xəbərdar olursunuz. Kəşfiyyat xidmətləri aləmində bizi ikinci dərəcəli hesab edirlər”, – qəzet mənbəsindən sitat gətirib.

O, eyni zamanda etiraf edib ki, alman kəşfiyyat xidmətləri “birinci liqada” deyillər. Mənbə hazırkı vəziyyətin səbəbini “həddindən artıq tənzimləmə” sistemi ilə əlaqələndirib. Şünki xarici kəşfiyyat xidməti olan "Bundesnachrichtendienst"yeddi dövlət qurumu tərəfindən idarə olunur.

Xatırladaq ki, martın 1-də Almaniya Bundesverinin yüksək rütbəli zabitlərinin Krım körpüsünə hücum ehtimalının müzakirəsinə dair məlumatlar yayılmışdı. Zabitlər həmçinin ABŞ və Böyük Britaniya hərbçilərinin də adını çəkərək, onların Ukraynadakı münaqişədə birbaşa iştirak etdiyini söyləyiblər.

Bu gün isə Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bildirilib ki, Almaniya zabitlərinin Krım körpüsünə hücumla bağlı danışıqları səfirin XİN-ə çağırılmasına səbəb olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Kəşfiyyat  





Xəbər lenti