Rusiya XİN: Almaniyada denazifikasiya tamamlanmayıb

 Rusiya XİN:  Almaniyada denazifikasiya tamamlanmayıb
  04 Mart 2024    Oxunub:862
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Almaniya ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, qeyd edib ki, yüksək rütbəli alman zabitlərinin Krım körpüsünə mümkün zərbələrlə bağlı danışıqları Almaniyada denazifikasiya prosesinin tamamlanmadığını göstərir.

Onun sözlərinə görə, əgər bu qalmaqalla bağlı heç bir tədbir görülməsə, alman xalqının özü nasizmə müqavimət göstərməsə, bu, ilk növbədə Almaniyanın özü üçün dəhşətli nəticələrə gətirib çıxaracaq.

Xatırladaq ki, martın 1-də Almaniya Bundesverinin yüksək rütbəli zabitlərinin Krım körpüsünə hücum ehtimalının müzakirəsinə dair məlumatlar yayılmışdı. Zabitlər həmçinin ABŞ və Böyük Britaniya hərbçilərinin də adını çəkərək, onların Ukraynadakı münaqişədə birbaşa iştirak etdiyini söyləyiblər.

Tural Tağıyev
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti