Azərbaycan və Pakistan arasında protokol imzalanıb - FOTOLAR

   Azərbaycan və Pakistan arasında protokol imzalanıb -    FOTOLAR
  04 Mart 2024    Oxunub:738
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Pakistan   protokol  





Xəbər lenti