Ermənistanda saxlanılan əsgərimiz geri qaytarılır

  Ermənistanda saxlanılan əsgərimiz geri qaytarılır
  04 Mart 2024    Oxunub:1444
Fevralın 28-də Ermənistanda saxlanılan əsgər Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq nəticəsində əsgər Pənahovun yolunu azaraq erməni mövqeləri yaxınlığına gəlməsi barədə faktiki sübutlar əldə edilib və beləliklə, cinayət işinə xitam verilib.

Hazırda əsgərin Azərbaycana qaytarılması ilə bağlı Bakı və İrəvan arasında razılıq əldə olunub.

Xatırladaq ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət mövqedən çıxaraq yolunu azıb və Ermənistan əsgərləri tərəfindən saxlanılıb. Onun barəsində bir sıra əsassız ittihamla cinayət işi açılmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   əsgər   Ermənistan   cinayət-işi   xitam  





Xəbər lenti