Türkiyədə zəlzələ olub- YENİLƏNİB

   Türkiyədə zəlzələ olub-  YENİLƏNİB
  04 Mart 2024    Oxunub:1216
Türkiyənin Çanaqqala bölgəsində zəlzələ olub. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya "X" hesabında yazıb.
"Çanaqqalada baş verən 4,9 bal gücündə zəlzələ ilə bağlı AFAD və aidiyyəti qurumlarımız fəaliyyət göstərir. Hadisələri izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza "keçmiş olsun" deyirəm".

* * *
23:02
Türkiyənin Çanaqqala əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, zəlzələ ətraf şəhərlərdə, həmçinin İstanbulda da hiss olunub.

Təbiət hadisəsi yerin 10,44 kilometr dərinliyində qeydə alınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   zəlzələ  





Xəbər lenti