"Dilimiz söz tutmur, şok yaşayırıq" - Ruslan Pənahovun atası

    "Dilimiz söz tutmur, şok yaşayırıq" -   Ruslan Pənahovun atası
  04 Mart 2024    Oxunub:1715
“Ailəlikcə sevincdən şok yaşayırıq. Sevinməmək mümkün deyil. Dilimiz söz tutmur, xoşbəxtliyimizi necə ifadə edəcəyimizi bilmirik”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahovun atası Eldəniz Pənahov oğlunun Azərbaycana təhvil veriləcəyi xəbərinə reaksiya verərkən deyib. O bildirib ki, ailəsi oğlunun geri qaytarılacağı ilə bağlı məlumatı dostlarından öyrənib.

“Bir saat olar ki, xəbər tutduq. Dost-tanış zəng edib gözaydınlığı verdi. Ən sevincli günümüzdür”, - əsgər atası deyib .

Qeyd edək ki, Fevralın 28-də Ermənistanda saxlanılan əsgər Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq nəticəsində əsgər Pənahovun yolunu azaraq erməni mövqeləri yaxınlığına gəlməsi barədə faktiki sübutlar əldə edilib və beləliklə, cinayət işinə xitam verilib.

Hazırda əsgərin Azərbaycana qaytarılması ilə bağlı Bakı və İrəvan arasında razılıq əldə olunub.

Xatırladaq ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət mövqedən çıxaraq yolunu azıb və Ermənistan əsgərləri tərəfindən saxlanılıb. Onun barəsində bir sıra əsassız ittihamla cinayət işi açılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti