Mişustinin Azərbaycana səfəri başlayır

   Mişustinin Azərbaycana səfəri başlayır
  05 Mart 2024    Oxunub:843
Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.

O, səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.

Danışıqlarda Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
AzVision.az


Teqlər:





Xəbər lenti